İsrail Suriyaya hava zərbələri endirib | VİDEO

   İsrail Suriyaya hava zərbələri endirib    | VİDEO
  09 Sentyabr 2025    Oxunub:611
İsrail ordusu Suriyanın Höms, Latakiya və Palmira bölgələrinə hava hücumları həyata keçirib.
AzVision.az Suriya mediasına istinadən xəbər verir ki, rəsmi Dəməşq bu hücumu “Beynəlxalq hüququn kobud şəkildə pozulması” kimi qiymətləndirib.

İsrail Höms bölgəsinə zərbələr endirilməsi faktını təsdiqləyərək, hədəflərin Suriya ordusunun hava hücumundan müdafiə sistemləri ilə əlaqəli obyektlər olduğunu bildirib.

Təl-Əviv aldığı məlumatlara görə, Suriyanın həmin obyektləri bərpa etməyə çalışdığını iddia edib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   Suriya   zərbələr  



Xəbər lenti